Prostat adenoması

Prostat, 20-25 qr çəkisi olan, düz bağırsağın önündə, sidik kisəsnin altında yerləşən kişilərin ikincili cinsi vəzisidir. Prostat vəzidən həm uretra (sidik kanalı)  həm də toxumçıxarıcı kanal (spermanı çölə daşıyan kanal) keçir. Bundan əlavə prostat vəzidə hazırlanan şirə isə spermaya qarışaraq onun həcmini artırır (xaric olan spermanın 30-35%-i prostat şirəsidir) və qadın cinsiyyət yollarında hərəkətini asanlaşdırır. 

Prostat böyüməsinin səbəbləri nələrdir?

Prostat böyüməsinə nələr səbəb olur ? 
Prostat böyüməsi yaşla əlaqədar olaraq böyüyür, əsasən 50 yaşdan sonra başlayır. Bundan əlavə yaş artdıqca kişələrdə olan hormonal dəyişikliklər (estrogen və testosteron) böyüməyə səbəb olan ikinci faktor sayılır.

Prostat adenomasının (böyüməsinin) əlamətləri hansılardır ?
Prostat adenoması (böyüməsi) olan xəstələr bizə əsasən gecələr sidiyə qalxmaq, nazik və kəsik-kəsik işəmə, gücənərək sidiyə çıxmaq, sidiyin yanlara doğru haçalanması...

Prostat müalicəsi

Prostat böyüməsinin (adenomasının) müalicəsi Prostat adenomasının müalicəsi zamanı həm medikal (dərmanlarla) həm də cərrahi üsullardan istifadə edilir. Burada prostatın çəkisi və sidik ifrazının hansı vəziyyətdə olduğu çox önəmlidir. Ən doğrusu 50 yaşa çatmış hər kişinin həyatında bir dəfə etməli olduğu-həkimə gedib prostat müayinəsindən keçmək və irəlidəki illərdə qarşılaşacaq bu problemləri vaxtında aşkar etmək, düzgün məsləhətlər və müalicələr almaqdır. Prostat adenoması zamanı hər bir xəstəyə individual yanaşılır yaş, xəstənin ümumi vəziyyəti və.s dəyərlər nəzərə alınaraq medikal (dərman) yoxsa cərrahi  müalicə seçilir.

Prostatit nədir

PROSTATİT NƏDİR?  

Prostatit, prostat vəzidə infeksiya vəya iltihaba səbəb olan faktorlarlarla əlaqədar olaraq yaranan bir xəstəlikdir. Ağrı, yanma, sidik ifrazının pisləşməsi,  sidiyin tam boşalmaması(damcı sidik qalma hissi), sidik ifrazında yanma, tez-tez sidiyə çıxmaq, gecələr sidiyə çıxmaq, bel ağrısı, yorğunluq və.s şikayətlərə səbəb olan prostatit, kişilərin həyat keyfiyyətini önəmli dərəcədə azaldır və təxminən hər 10 kişidən 4-ü prostatitdir.

Prostatit səbəbləri

 Prostatitin səbəbləri nələrdir ?

1-İnfeksiyalar :  Bakteriyalar (xlamidiya, mikoplazma, trixomonas, qonorreya, viruslar, E.Coli,  klebsiella. psevdomonas, enterobakteriya və.s)

 2-Anatomik :Prostaitin başlamasında və inkişafında iki əsas tip anatomik anormallıq rol oynayır - 1-obsturksiya, 2-reflüks. Sidik kisəsinin boynunun böyüməsi, prostat hiperplaziyası (xoş xassəli böyüməsi) və.s faktorlar səbbə olur. 

Prostatit müalicəsi

Prostatit necə müalicə olunur ? 

Prostatitin müalicəsində son illərdə olan aparılmış araşdırmaların nəticəsi olaraq 4 təməl müalicə prinsipi vardır:

1. İltihabın müalicəsi

2. Sidik ifrazının rahatlaşdırılması

Sualınızı verin

  1. Adınız(*)
    Adınızı daxil edin
  2. E-mail(*)
    E-mail unvanı düzgün daxil edin
  3. Sual(*)
    Sualınızı daxil edin
  4. Şəkildəki kodu yığın
    Şəkildəki kodu yığın
    Invalid Input
  5.   

Prostatit müalicəsi

Prostatit, prostat vəzidə infeksiya vəya iltihaba səbəb olan faktorlarlarla əlaqədar olaraq yaranan bir xəstəlikdir.

Əlaqə

  • www.Prostat.az
  • (055) 244 44 30